İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalı ilk dəfə Bakıda 

12:15 - 05 Dekabr 2025

İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalı ilk dəfə Bakıda 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) işbirliyi ilə 5-11 dekabr tarixlərində paytaxtımızda İƏT Mədəniyyət Festivalı keçirilir.


Manset.az xəbər verir ki, Bakı Yaradıcı Həftə – 2025 çərçivəsində ölkəmizdə təşkil olunan festival mədəniyyət və yaradıcı sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.

Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsi istiqamətində mühüm addım olan bu beynəlxalq tədbir ölkəmizin İƏT-ə daxil olan dövlətlərlə əməkdaşlığının genişləndirilməsi üçün xüsusi platforma olacaq. Festival, eyni zamanda mədəniyyətlərarası dialoqun və əməkdaşlığın inkişaf etdirilməsinə, mədəni müxtəlifliyin təbliğinə xidmət edəcək.

Festivalda İƏT-ə üzv olan 30-dan çox ölkənin rəsmi nümayəndə heyətləri, həmçinin yaradıcı sənaye ekspertləri iştirak edəcək. Bu böyük tədbirin yüksək səviyyəli qonaqları üçün mədəniyyət sahəsində ən son nailiyyətlər, həmçinin ölkəmizin turizm və iqtisadi imkanları təqdim olunacaq. Ümumilikdə, festival çərçivəsində bir həftə ərzində 5 000-ə yaxın ziyarətçinin iştirak edəcəyi gözlənilir.

Festival çərçivəsində İƏT üzv dövlətlərinin yaradıcı məhsullarının sərgiləndiyi “Mədəni sənayelər sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, İKT və innovasiyalar sahəsində panel müzakirələr, moda və dizayn sərgiləri, oyun texnologiyaları üzrə beynəlxalq forum, eləcə də teatr, musiqi, rəqs və animasiya sahələrinə bağlı müxtəlif layihələr planlaşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az