Vüqar Həşimov Memorialı Xankəndidə keçiriləcək 

18:38 - 05 Dekabr 2025

Vüqar Həşimov Memorialı Xankəndidə keçiriləcək 

Dekabrın 9-dan 11-dək mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorial turniri keçiriləcək. 


Manset.az xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq.

Zəka sahiblərindən Yan Nepomnyaşiy (FİDE) , Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.

Sayca 11-ci Memoriala  Xankəndi şəhəri ev sahibliyi edəcək. 

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə  keçirilib. 2023-cü ildən isə turnir FİDE dünya çempionatının seçmə mərhələ statusunu alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az