Yuxusuzluq bir sıra xəstəliklərə səbəb olur.
Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, kardioloqu Dos. Prof. Dr. Sərkan Kahraman gündə 7 saatdan az yatmağın infarkt və ürək çatışmazlığı riskini yüksəltdiyini vurğulayıb.
Onun sözlərinə görə, dünyada hər üç nəfərdən birində müşahidə olunan yuxu pozğunluğu ürəyin dincəlməsini əngəlləyir və təzyiq, şəkər, aritmiya kimi problemləri artırır. Həmçinin o, gecə 23:00-dan sonra yatmağın yuxu keyfiyyətini aşağı saldığını, az yuxunun bədəndə iltihabi prosesi gücləndirdiyini bildirib. Mütəxəssis siqaret, spirt, kofein və ağır yeməklərdən uzaq durmağı, fiziki aktivlik və nizamlı yatıb-oyanma rejimini yaxşı yuxu üçün əsas şərt kimi göstərib. Gecə nəfəs darlığı ilə oyanma isə ürək xəstəliyinin əlaməti ola bilər.