Samux Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev işdən azad olunub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, T.Qarayev öz ərizəsi ilə işdən ayrılıb.
O, səbəb olaraq səhhətində yaranan problemləri göstərib.
Məlumat üçün bildirək ki, T.Qarayev 20 ildən artıq sözügedən vəzifədə çalışıb.