Sidney Universitetinin, eləcə də Britaniya Sağlamlıq Araşdırmaları Mərkəzinin apardığı tədqiqatlar göstərib ki, gündəlik həyatda baş verən qısa, lakin yüksək intensivlikli hərəkət epizodları sağlamlığa böyük təsir göstərir.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, alimlər bu aktivlik növünü VILPA - “intensiv fasilələrlə qısa fiziki aktivlik” adlandırırlar.
Bu, pilləkənlə sürətli qalxmaq, evdə enerjili hərəkətlər, uşaqlarla və heyvanlarla oynamaq kimi cəmi 1–2 dəqiqəlik epizodlardır.
Mütəxəssislərin açıqladığı rəqəmlər təəccübləndirir:
Qısa intensiv aktivlik vaxtından əvvəl ölüm riskini 40% azaldır;
Ürək-damar xəstəliklərindən ölüm riski təxminən 49% aşağı düşür;
Gündə cəmi 3–5 dəqiqəlik belə hərəkətlər metabolizmanı gücləndirir və xroniki xəstəliklərin yaranma riskini ciddi şəkildə azaldır.