Nisbətən sakit keçən bir neçə gündən sonra Günəşdə iki güclü partlayış baş verib.
Manset.az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Məlumata görə, partlayışların gücü M1.1 və M8.1 səviyyəsində təsnif edilib.
Günəşdə daha əvvəlki partlayış dekabrın 4-də qeydə alınıb və gücü M6.1 təşkil edib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.