Türkiyədə zəlzələ baş verdi

23:57 - 07 Dekabr 2025

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Van vilayətinin Tuşba rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.


Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, təkanlar yerin 6,11 kilometr dərinliyində qeydə alınıb.

Qısa müddətli təşvişə səbəb olan zəlzələ nəticəsində indiyə qədər insan tələfatı və ya maddi zərər barədə məlumat daxil olmayıb.

AFAD vəziyyəti nəzarətdə saxladığını açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az