Bu gün "Global Media Group"un 8 yaşı tamam olur.
Manset.az xəbər verir ki, şirkət 2017-ci ildən fəaliyyət göstərir.
Şirkət qrupa daxil olan təşkilatların idarə olunması ilə məşğuldur. "Global Media Group"a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qazetlər və digər şirkətlər daxildir.
Media qrupu özündə "Haber Global", Oxu.Az, Baku.ws, Report.az, Kaspi.az, Kaspiy.az, Baku TV, Media.az, PhotoStock.az, Caliber.Az və "Global Management"i birləşdirir.
Bu illər ərzində bir çox yeniliklərə imza atılıb. Yaradıcı layihələr təqdim olunub və hər zaman keyfiyyətli, doğru məzmun çatdırmaq prioritet hesab olunub.
Gələcəyə inamla və uğurla addım atan "Global Media Group" hər bir layihəsi ilə inkişafı və innovasiyanı ön planda tutur. Şirkətlər qrupuna daxil olan Global Management, Report İnformasiya Agentliyi, Baku TV və Oxu.Az şirkətlərinin hər biri keyfiyyətin idarə edilməsindən ətraf mühitin mühafizəsinə, əməyin mühafizəsindən təhlükəsizliyinə qədər müxtəlif sahələr üzrə ISO beynəlxalq sertifikatlara layiq görülüb.
"Global Media Group" 8 il ərzində Azərbaycan informasiya məkanında müasir tələblərə uyğun yeni üslubların yaranmasına nail olub.
Manset.az kollektivi olaraq "Global Media Group"u təbrik edir, uğurlar arzulayırıq.