Qış fəslində sonuncu qida qəbulu saat 19:00-dan gec olmamalıdır.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə dietoloq Valentina Palazzo danışıb.
Mütəxəssisin sözlərinə görə, soyuq mövsümdə günəş işığının az olması səbəbindən orqanizm melatonini daha erkən istehsal etməyə başlayır:
"Gec yemək isə bədənin yuxuya hazırlaşdığı vaxtda həzm prosesini işə salır. Bu isə narahat yuxuya, mədə-bağırsaq diskomfortuna, əsəbilik və ertəsi gün yorğunluğa səbəb ola bilər".
Dietoloq axşam saatlarında şirniyyat və alkoqoldan da uzaq durmağı tövsiyə edib:
"İdeal axşam yeməyi yağsız zülallardan, qaynadılmış tərəvəzlərdən və az miqdarda mürəkkəb karbohidratlardan ibarət olmalıdır".