İnnovasiya lideri Bakcell danışıq dəqiqələri, internet, SMS paketləri,
rouminq və digər üstünlüklərlə bol yeni “GO” tariflərini təqdim edir. 0.99
AZN-dən başlayan “Go” tariflərindən birinə qoşulmaqla abunəçilər, həmçinin “WhatsApp”,
“Facebook”, “Instagram”, “TikTok” və “YouTube” platformalarında istifadə üçün əlavə
internet bonusları əldə edəcəklər.
Məsələn, “GO 11.99” tarifi çərçivəsində “Bakcell” abunəçiləri 5 GB
internet, 300 ölkə daxili danışıq dəqiqəsi, bütün istiqamətlər üzrə 150 SMS və “WhatsApp”da
limitsiz yazışmaq imkanı qazanacaqlar. Sözügedən tarifə qoşulmaq üçün sadəcə *905#YES
kodunu yığmaq kifayətdir. Qeyd edək ki, cari tariflərdən yeni “GO” tariflərinə
keçid tamamilə ödənişsizdir.
“GO” tarifləri barədə ətraflı
məlumatı rəsmi sayt, həmçinin Bakcell mobil tətbiqindən əldə edə
bilərsiniz.
Bakcell haqqında
Bakcell Azərbaycanın
ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan
çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin
edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından
biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın
dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif
ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində
fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə
daxildir.