Kredit kartları müasir insanın gündəlik həyatının
vacib bir hissəsidir. Birbank Star isə təqdim etdiyi şərtlərlə istifadəçilərə
rahat maliyyə əlçatanlığı təqdim edir. Bu gün minlərlə müştəri Birbank Star-ın təqdim etdiyi imkanlardan faydalanmaq şansına sahibdir. Bəs
onların Birbank Star-ı seçmək səbəbləri hansılardır?
Maliyyə azadlığı
Birbank Star-ın ən vacib üstünlüyü sahibinə əlavə ödəniş etmədən
xərcləmək imkanı yaratmasıdır. Belə ki, istifadəçilər xərclədikləri məbləği
ayın sonuncu gününədək balansa geri qaytardıqda əlavə heç bir ödəniş etmirlər.
Komissiyasız ödənişlər
Birbank Star-la alış-verişdən tutmuş gündəlik xərclərə
qədər bütün ödənişlər komissiyasızdır. Bu isə müştərilərə rahat maliyyə
azadlığı qazandırır.
30 000 manatadək kredit xətti
əldə etmə fürsəti
Birbank Star 30 000 manatadək kredit limiti ilə hər
bir müştərinin ehtiyaclarına uyğun maliyyə imkanı təqdim edir. Ayrılan limit şəxsin
maliyyə davranışına əsasən müəyyən olunur. Bu kredit xətti müştərilərə xəyallarını
daha tez və rahat həyata keçirmək imkanı verir.
Xərclədikcə qazanılan
bonuslar
Birbank Star-la partnyor şəbəkələrdə edilən hər
alış-veriş minlərlə Bir ekosistem partnyorlarında bonuslar qazandırır. Həmçinin,
QR ödənişlərdə ikiqat ƏDV geri al imkanı da kart istifadəçiləri üçün əlçatandır.
Asan sifariş imkanı
Birbank Star kartını Birbank mobil tətbiqindən və Birbank.az
saytından, həmçinin Kapital Bank/Birbank filiallarından sifariş etmək
mümkündür.
Birbank Star kart sahibi olmaq üçün: www.b-b.az/prst
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim
edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi
olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük
filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin
birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA
Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini
davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə
olan səhifələrinə müraciət edə bilərsiniz.