Tovuzda bədbəxt HADİSƏ: Azyaşlı su quyusuna düşdü - VİDEO

20:39 - 09 Dekabr 2025

Tovuzda bədbəxt HADİSƏ: Azyaşlı su quyusuna düşdü - VİDEO

Tovuzun Düz Qırıqlı kəndində bədbəxt hadisə baş verib.


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, üçyaşlı oğlan su quyusuna düşərək ölüb.

"Bizə qonaq gəlmişdilər. Uşaq su istədi. Suyu verib yola çıxdım. Mənim oğlum gəlib, o isə gəlməyib. Yoldaşım su quyusundan çıxaranda artıq rəhmətə getmişdi", - mərhumun qohumu bildirib.

Digər qohum isə hadisəni belə təsvir edib: "Uşaqlarla oynayırdılar. Oynayarkən yıxılıb quyuya düşüb. Suyun dərinliyi çox deyildi, yəqin ki, başı yerə dəyib zədə alıb".

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı süjetdə:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az