Qafqazın
ilk rəqəmsal ekosistemi Bir, müştərilərinin həyatını asanlaşdırmağa davam edir.
Belə ki, ötən ay ərzində ekosistem brendləri nəqliyyatdan, rəqəmsal ödənişlərədək
bir çox yeniliklərlə müştərilərini sevindirib.
Birbank-la ictimai nəqliyyat sistemində yeni dövr
başladı
Birbank-ın
təşəbbüskarlığı və texnoloji dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində
artıq vətəndaşlar, Bakı Metropolitenində gediş haqqını istənilən banka məxsus təmassız
ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyə bilərlər. BakıKart-la birgə həyata
keçirilən yenilik, təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu
əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı
yaradır. Həmçinin, yeni sistem “Apple Pay”, “Google Pay” ödəniş sistemləri ilə
yanaşı, “Birbank”, “BakıKart” və “m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu
isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir. Qeyd edək ki, rəqəmsal
ödənişləri və ictimai nəqliyyatdan nağdsız istifadəni dəstəkləyən təmassız
(NFC) ödəniş sisteminin qısa zamanda marşrut avtobuslarında da tətbiqi nəzərdə
tutulur.
Bir Bonusla taksi ödənişləri daha sərfəli oldu
Bir
ekosistemi partnyor şəbəkəsini genişləndirməyə davam edir. Bu isə müştərilərə
qazandıqları bonusları daha geniş arenada xərcləmək imkanı yaradır. Ötən aydan
etibarən Bir Bonuslular qazandıqları bonusları Yango-da
taksi gedişlərinin ödənişi zamanı istifadə edə bilərlər. Bunun üçün Yango tətbiqində
Bir ID ilə qeydiyyatdan keçərək, bonus kabinetini aktivləşdirmək kifayətdir.
İstifadəçilər səfərin dəyərinin 90%-dək hissəsini bonuslarla ödəmək imkanına
sahibdilər. Bir bonus 1 manata bərabərdir və cari bonus balansı birbaşa Yango tətbiqində
əks olunur. Bir ekosistemi və Yango arasındakı bu əməkdaşlıq müştərilərin gündəlik
həyatını rahatlaşdırmaqla yanaşı, bonuslardan istifadə sferasını da xeyli
genişləndirir. Bu isə istifadəçilərin vaxtına və büdcəsinə əlavə dəyər qatır.
Birmarket-də “Google Pay” və “Apple Pay”lə ödəniş
rahatlığı
Artıq
Birmarket-də alış-veriş edənlər üçün ödəniş rahatlığı maksimum həddə çatdı. Belə
ki, tətbiq edilən yeniliklə istifadəçilər artıq Birmarket alış-verişlərində ödənişlərini
kart məlumatlarını əlavə etmədən “Google Pay” və ya “Apple Pay” vasitəsilə rahatlıqla
edə bilərlər.
m10 ilə rəqəmsal səsvermə imkanı
Artıq m10 tətbiqində rəqəmsal səsvermə imkanı da mövcuddur. İlk dəfə “Kəlmə-kəlməyə” layihəsi ilə əməkdaşlıq çərçivəsində tətbiq edilən yenilik şou dünyasında yeni dövrə start verir. Belə ki, söz sənətinin həvəskarları dəstəklədikləri iştirakçılara m10 üzərindən səs verə bilərlər.
m10-da
yadda saxlanılmış bank kartı ilə ödəniş
m10
istifadəçilərinə daha bir rahatlıq təqdim edir. Belə ki, indi m10 balansı az və
ya sıfır olduqda belə istifadəçilər ödənişləri və köçürmələri birbaşa yadda
saxlanılmış bank kartı vasitəsilə həyata keçirə bilərlər.
Bir
ekosistem ölkənin
aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir
altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart
kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir,
həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər
partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də
Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank
taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər
yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas
konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması
üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim
edir.