"Həyat yoldaşım və bacım evin açarını əlimdən alıblar" - Küçədə yaşayan qadın

09:50 - 11 Dekabr 2025

\"Həyat yoldaşım və bacım evin açarını əlimdən alıblar\" - Küçədə yaşayan qadın

Bəzən binaların söhbətgahlarında, bəzən isə zirzəmilərində yaşayır…


Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, 50 yaşlı qadın paytaxtın Suraxanı rayonunun Köhnə Günəşli qəsəbəsində, İnqilab İsmayılov küçəsində müvəqqəti sığınacaq tapıb.

Ətrafdakı sakinlər onun kimsəsiz olduğunu və artıq üç aydır küçədə qaldığını bildiriblər.

Telekanal əməkdaşları məsələnin mahiyyətini öyrənmək üçün həmin ünvana yollanıblar.

50 yaşlı Rəna Məmmədova fikrini dolğun şəkildə ifadə etməkdə çətinlik çəksə də, onun dediklərindən belə anlaşıldı ki, həyat yoldaşı və bacısı evinin açarını əlindən alıb və onu üç aydır evə buraxmırlar.

Müsahibin sözlərinə görə, əvvəllər ailəsi ilə hər hansı problemi olmayıb. Lakin yaranmış problemin səbəblərindən danışsa da, təfərrüatı açıqlamaq istəmir.

Üç aydır parklarda gecələyən Rəna Məmmədovaya ərazidə yaşayan sakinlər imkanları daxilində kömək edirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az