Rəşad Daşdəmirov həbs edildi

14:20 - 11 Dekabr 2025

Rəşad Daşdəmirov həbs edildi

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov həbs edilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Daşdəmirov xüsusilə külli miqdarda qaçaqmalçılıqda, külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham edilir.

İş üzrə dəymiş ziyan 3 milyon manata yaxındır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan R.Daşdəmirov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az