Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
Xəbərdarlığa əsasən, dekabrın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi 14-ü gündüz saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 28-33 m/s, açıq dənizdə isə 35-38 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 5.5-7.5 m. çatacağı proqnozlaşdırılır.