Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin qadınlar üçün nəzərdə tutulan 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Manset.az Report-a istinadən xəbər verir ki, cəzaçəkmə müəssisəsində 22 qadın məhkum bu gün azadlığa buraxılır.
Mərasimdə Ombudsman Səbinə Əliyeva və Milli Məclisin deputatı Zahid Oruc da iştirak edib.