Son günlər mətbuatda və sosial şəbəkələrdə Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) fəaliyyəti ilə bağlı yayılan bəzi
məlumat və şərhlərdə Yeni il münasibətilə təqdim olunan bayram hədiyyələrinin
mahiyyəti məqsədli şəkildə yanlış kontekstdə təqdim olunur.
AHİK-dən Manset.az-a verilən məlumata görə, Yeni il bayramı ərəfəsində həmkarlar ittifaqları tərəfindən
üzvlərə və onların ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlara bayram hədiyyələrinin
verilməsi uzun illərdir mövcud olan sosial xarakterli ənənədir və bu təşəbbüs
cari ildə də davam etdirilir. Bu təşəbbüslərin fərqli və təhrif olunmuş formada
təqdim edilməsi isə məsələnin mahiyyətinə kölgə salmağa yönəldilib.
AHİK-in fəaliyyətinə bu cür yanaşmalar reallığı əks
etdirmir, həyata keçirdiyi sosial təşəbbüslərin təhrifedici və qərəzli təqdimatı
ictimai rəyin yanlış formalaşmasına səbəb olur.
AHİK daim həyata keçirdiyi sosial proqramlar barədə
ictimaiyyətə rəsmi kanallar vasitəsilə dolğun məlumat verir.
İctimaiyyəti və media nümayəndələrini məsələlərə
obyektiv yanaşmağa, sosial təşəbbüsləri təhrif olunmuş təqdimat predmetinə
çevirməməyə çağırırıq.