logo
logo logo
logo

Uzun müddət oturmaq xərçəngdən ölüm riskini artırır — Araşdırma

07:00 - 07 Sentyabr 2026

Uzun müddət oturmaq xərçəngdən ölüm riskini artırır — Araşdırma

İngiltərədə 91 mindən çox insanın göstəriciləri əsasında aparılan araşdırma uzun müddət hərəkətsiz oturmağın xərçəngdən ölüm riskini artırdığını ortaya qoyub.

Manset.az xəbər verir ki, Qlazqo Universitetinin tədqiqatçıları Böyük Britaniyanın “UK Biobank” məlumat bazasından 91 mindən çox yetkin insanın göstəricilərini təhlil ediblər. İştirakçıların bir həftə ərzində hərəkət izləmə cihazlarından əldə olunan məlumatları təxminən 12 il ərzində müşahidə edilib.

Tədqiqatçılar yarım saatdan çox fasiləsiz oturulan hər əlavə saatın xərçəngdən ölüm riskini 9 faiz artırdığını müəyyənləşdiriblər.

Araşdırmada uzunmüddətli hərəkətsizliyin qaraciyər, böyrək, mədəaltı vəzi, yoğun bağırsaq, süd vəzi və qalxanabənzər vəz xərçəngi ilə əlaqəli olduğu da müəyyən edilib. Bu xərçəng növlərinin piylənmə və 2-ci tip diabetlə əlaqəli olduğu elmi ədəbiyyatda qeyd olunur.

Nəticələr göstərib ki, uzun müddət oturmağın yüngül fiziki aktivliklərlə bölünməsi metabolik sağlamlığın qorunmasına kömək edir. Gün ərzində bir saatlıq oturma müddətinin gəzinti kimi yüngül hərəkətlə əvəzlənməsi xərçəngdən ölüm riskini 12 faiz azalda bilər.

Tədqiqatın əsas müəllifi, dr. Frederik Ho bildirib ki, mövcud səhiyyə təlimatları əsasən orta və yüksək intensivlikli məşqlərə diqqət yetirir. Onun sözlərinə görə, oturma müddətinin hətta yüngül hərəkətlərlə bölünməsi də metabolik balansın qorunması və xərçəng riskinin azaldılması baxımından əhəmiyyətlidir.

Alimlər masa arxasında çalışan insanlara gün ərzində müntəzəm fasilələr verməyi, qısa gəzintilər etməyi və uzunmüddətli oturma müddətini yüngül fiziki aktivliklərlə bölməyi tövsiyə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az