logo
logo logo
logo

Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq 

09:12 - 29 Sentyabr 2026

Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq 

Bu gün paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.


Manset.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 29-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində təmir işləri aparılacaq.

Məlumata görə, rayon ərazisində yerləşən Azərbaycan prospekti, Əlövsət Quliyev, İslam Səfərli, Həzi Aslanov, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə, Təbriz Xəlilbəyli küçələri və Birinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az