Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun sözlərinə görə, S.Mehbalı bu il Jumeirahdakı (Dubay) “First Avenue Mall” alış-veriş mərkəzində qızıl-zinət və bahalı aksessuarlar mağazasını açıb.
1500 kv.metr sahəsi olan mağazada satışa təqdim olunan brend çantalar, bahalı saatlar və zinət əşyalarının ümumi dəyəri 3 milyon dollardan artıq qiymətləndirilir.


