logo
logo logo
logo

Almaniya səfiri ADU-nun qonağı oldu - FOTOLAR

16:58 - 29 Sentyabr 2026

Almaniya səfiri ADU-nun qonağı oldu - FOTOLAR
  • Sentyabrın 29-da Azərbaycan Dillər Universitetində Almaniya Federativ Respublikasının Bakıdakı səfiri Dirk Lölke qonaq olub.


Manset.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri və qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Görüş zamanı Kamal Abdulla Azərbaycan və Almaniya arasında mövcud olan dostluq münasibətlərinin inkişafından söz açıb, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, Azərbaycan Dillər Universiteti ilə Almaniyanın ali təhsil müəssisələri arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, birgə elmi və təhsil layihələrinin həyata keçirilməsi qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərindəndir. 

Almaniya Federativ Respublikasının Bakıdakı səfiri Dirk Lölke Azərbaycan Dillər Universitetində olmaqdan məmnunluğunu ifadə edib. Səfir iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə təhsil və elm istiqamətində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan və Almaniya arasında təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi, alman dilinin tədrisinin təkmilləşdirilməsi, tələbələrin beynəlxalq imkanlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Rektor səfirə ADU-da alman dilinin tədrisi ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, universitetdə alman dili üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır, tələbələrin dil biliklərinin inkişaf etdirilməsi ilə yanaşı, onların Almaniyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələrdə iştirakı üçün imkanlar yaradılır.

Akademik Kamal Abdulla alman dilinin tədrisinin və bu istiqamətdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsinin universitet üçün prioritet məsələlərdən biri olduğunu qeyd edib. 

ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrinin daim genişləndiyini qeyd edərək, Almaniyanın ali təhsil müəssisələri ilə mümkün əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

Söhbət əsnasında akademik Kamal Abdulla Almaniyanın ölkəmizdəki səfiri Dirk Lölkeni Azərbaycan Dillər Universitetində həyata keçirilən “Səfir saatı” layihəsində iştirak etməyə dəvət edib.

Səfir dəvəti məmnuniyyətlə qəbul edib və layihə çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşün əhəmiyyətini vurğulayıb.

Görüş zamanı, həmçinin alman dilinin tədrisi, tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Səfir daha sonra ADU-da fəaliyyət göstərən Alman Mübadilə Mərkəzi və Germanistika İnstitutunu ziyarət edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az