logo
logo logo
logo

Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək 

12:07 - 20 Oktyabr 2026

Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək 

Əcnəbilərə müvəqqəti yaşamaq üçün verilən icazə ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.


Manset.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək Miqrasiya Məcəlləsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi (uzunmüddətli icazə) və iş icazəsinin alınmasının tələb olunmadığı hallara münasibətdə subyektlər dairəsinin genişləndirilməsi təklif olunur.

Belə ki, aqroparkın rezidentinin hüquqi şəxs olduqda onun rəhbərinin və müavinlərinin, habelə həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq fəaliyyət sahəsində təcrübəyə malik aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin bu subyektlər dairəsinə daxil edilməsi nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az