logo
logo logo
logo

Türkiyədə Azərbaycanın tarixi Zəfərinə mahnı həsr olundu - VİDEO

21:33 - 03 Noyabr 2026

Türkiyədə Azərbaycanın tarixi Zəfərinə mahnı həsr olundu - VİDEO

Türkiyədə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbəyə həsr olunan “Azərbaycan Zəfər Şarkısı” adlı mahnıya videoçarx hazırlanıb.


Manset.az xəbər verir ki, mahnının sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədrinin baş müşaviri, İdarə Heyətinin üzvü, professor Esma Özdaşlıya, musiqisi isə Ozan Manasa məxsusdur.

Bəstədə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər, Azərbaycan əsgərinin qəhrəmanlığı, döyüş meydanında göstərdiyi şücaət və Vətən uğrunda mübarizəsi tərənnüm olunur.

Mahnının videoçarxı Esma Özdaşlının rəsmi "YouTube" səhifəsində yayımlanıb.

“Azərbaycan Zəfər Şarkısı” Türkiyədə Azərbaycanın tarixi Qələbəsinə və iki qardaş ölkə arasındakı mənəvi bağlara həsr olunan sənət nümunəsi kimi diqqət çəkir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az