logo
logo logo
logo

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

21:52 - 03 Noyabr 2026

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Noyabrın 4-də 154/110/35 kV-luq Arpaçay yarımstansiyasında "AzərEnerji" ASC-nin Naxçıvan Enerji MMC-si tərəfindən təmir-bərpa işləri aparılacaq.


Manset.az xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) verilən məlumata görə, görüləcək işlərlə əlaqədar verilən sifariş əsasında 35 kV-luq Xanlıqlar və Mahmudkənd hava elektrik xətlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bnunula əlaqədar noyabrın 4-də saat 13:00-dan 15:00-dək Şərur rayonunun Cəlilli, Mahmudkənd, Oğlanqala, Yenihavuş, Xətai, Oğuz, Aşağı Daşarx, Tənənəm, Danyeri, Xanlıqlar, Püsyan, Təzəkənd, Stansiya Daşarx, Ələhli, Vərməziyar, İbadulla, Qışlaq Abbas və Tumaslı kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az