logo
logo logo
logo

Azərbaycanda güclü külək əsəcək 

16:50 - 06 Noyabr 2026

Azərbaycanda güclü külək əsəcək 

Sabah Azərbaycanda güclü külək əsəcək.


Manset.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Neftçala, Salyan, Qəbələ, İsmayıllı, Göyçay, Ucar, Ağdaş, Ağsu, Kürdəmir, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az