logo
logo logo
logo

Bu mənzillər vergidən azad ediləcək 

11:50 - 18 Noyabr 2026

Bu mənzillər vergidən azad ediləcək 

Azərbaycanda sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək.


Manset.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Layihəyə əsasən, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin binaların yerində inşa edilən yeni tikililərdən verilən yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunan gəlir hesab edilməyəcək.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az