logo
logo logo
logo

Prokuror Namizəd Səfərova 8 il il istədi - MƏHKƏMƏ 

14:23 - 19 Noyabr 2026

Prokuror Namizəd Səfərova 8 il il istədi - MƏHKƏMƏ 

Dələduzluqda ittiham olunan hüquqşünas Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Manset.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinatətlər Məhkəməsində keçirilən bugünkü iclasda dövlət ittihamçısı yekun çıxış edib.

Prokuror Valeh Ələkbərov bəyan edib ki, təqsirləndirilən hüquqşünasa verilmiş ittihamlar məhkəmə istintaqı zamanı kifayət qədər dəlil və sübutlarla təsdiqini tapıb. Bu əsasla N.Səfərov külli miqdarda dələduzluqda təqsirli bilinməli və 8 il azadlıqdan məhrum edilməlidir.

Hakim Mahirə Kərimova müdafiə çıxışına hazırlanması üçün vəkilə, son sözə hazırlanması üçün müttəhimə vaxt verib.

Qeyd edək ki, N.Səfərov ötən ilin sonunda polis tərəfindən tutulub. O, bir nəfəri vəzifəyə təyin edilməsinə kömək edəcəyi adı ilə 53 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az