Qırmızı Ürəklər Fondunun 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirdiyi “Zəfər Payı” xeyriyyə aksiyası uğurla yekunlaşıb.
Manset.az xəbər verir ki, aksiya çərçivəsində ümumilikdə 300 aztəminatlı qazi ailəsinə ərzaq paketləri təqdim olunaraq onların gündəlik ehtiyaclarının qarşılanmasına dəstək göstərilib.
Xeyriyyə təşəbbüsü çərçivəsində 150 ailə üçün nəzərdə
tutulan ərzaq paketlərinin xərcləri “NORM Sement” şirkətinin dəstəyi ilə qarşılanıb.
Digər 150 ailəyə təqdim olunan ərzaq paketləri isə Birbank filiallarında yerləşdirilən
ianə qutuları vasitəsilə toplanan vəsait hesabına hazırlanıb. Beləliklə, şirkət
dəstəyi ilə yanaşı, vətəndaşların könüllü ianələri də aksiyanın əhatə dairəsinin
genişlənməsinə və daha çox ailəyə yardım göstərilməsinə töhfə verib.
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə
Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə
başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin
formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası,
təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər
insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. “Qırmızı Ürəklər
Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən
mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.