logo
logo logo
logo

Bu il Ermənistanda 20-dək əsgər ölüb 

15:20 - 19 Noyabr 2026

Bu il Ermənistanda 20-dək əsgər ölüb 

Ermənistanın Sotk yaşayış məntəqəsində yerləşən hərbi hissədə meyiti aşkarlanan hərbçinin kimliyi və həyatı ilə bağlı yeni məlumatlar yayılıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, ölən hərbçi 19 yaşlı Narek Badalyandır. O, Geğarkunik vilayətinin Qavar şəhərindəndir.

Ermənistan Müdafiə Nazirliyi noyabrın 18-də hərbi hissədə müqaviləli hərbi qulluqçunun öldüyünü açıqlamışdı.

Narek Badalyan bir il əvvəl hərbi xidmətə çağırılıb. Xidmətinin altıncı ayından sonra isə müqaviləli hərbi xidmətə keçmək üçün raport yazıb.

İlkin məlumata görə, hərbçi başından aldığı odlu silah yarası nəticəsində həyatını itirib. Hadisənin başvermə şəraiti araşdırılır.

2026-cı ilin əvvəlindən Ermənistan Silahlı Qüvvələrində hərbçilərin ölümü ilə bağlı təxminən 20 hadisə qeydə alınıb. Bu insidentlər ölkə ictimaiyyətində geniş rezonans doğurub, orduda hərbi intizam, nizamnamədənkənar münasibətlər və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti ilə bağlı məsələləri yenidən gündəmə gətirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az