logo
logo logo
logo

Azərbaycana gələn avtomobildə bəyan edilməyən mallar tapıldı

11:40 - 20 Noyabr 2026

Azərbaycana gələn avtomobildə bəyan edilməyən mallar tapıldı

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarət tədbirləri nəticəsində gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilən mallar aşkar olunub.


Manset.az xəbər verir ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Almaniyadan Azərbaycana gələn nəqliyyat vasitəsinə baxış keçirilib və şübhəli hallar müşahidə olunub.

Aparılan gömrük yoxlaması zamanı nəqliyyat vasitəsindən gömrük orqanına bəyan edilməyən dərman, vitamin, spirtli içki və siqaretlərdən ibarət 39 adda xeyli sayda mallar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az