logo
logo logo
logo

Xaçmazda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi

16:36 - 23 Noyabr 2026

Xaçmazda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi

Xaçmazda polis tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində toy karvanında avtoxuliqanlıq hərəkətləri törədən və həmin görüntüləri sosial şəbəkə hesablarında yayan "VAZ-2107" markalı avtomobilin sürücüsü, H.Məmmədov müəyyən edilərək saxlanılıb.


Manset.az xəbər verir ki, həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə təqdim edilib.

Qərara əsasən, H.Məmmədovun nəqliyyat vasitələrini idarəetmə hüquqü məhdudlaşdırılıb və o, inzibati qaydada həbs olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az