Bu ilin mayında Şərur rayonunda Qarxun kənd sakini, komando hərbi birləşməsinin hərbçisi Musa Həsənovu avtomobillə vuraraq öldürən sürücünün məhkəməsi keçirilib.
Manset.az Qafqazinfo-ya istinadla xəbər verir ki, 28 yaşlı hərbçinin ölümünə səbəb olan 2000-ci il təvəllüdlü Məhərrəm Fətullayevə hökm oxunub.
Bildirilib ki, hadisə zamanı sürücü yüngül dərəcədə sərxoş olub. O, gecə saatlarında dostları ilə kafedən çıxıb evə gedərkən "Mercedes" markalı maşınla yolu keçməyə çalışan Musa Həsənovu vurub.
Ağır xəsarət alan hərbçi həlak olub.
Yaxınlarının sözlərinə görə, Musa Həsənov nişanlı imiş.
Həbs edilən Məhərrəm Fətullayev Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə təqsirli bilinib.
Gənc sürücüyə 5 il həbs və 2 il sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib.