logo
logo logo
logo

Siyəzəndə kanalda batan 13 yaşlı Hüseynin FOTOSU

12:23 - 29 Noyabr 2026

Siyəzəndə kanalda batan 13 yaşlı Hüseynin FOTOSU

Xəbər verdiyimiz kimi, Siyəzən rayonunda “Taxtakörpü-Ceyranbatan” su kanalına düşən 13 yaşlı yeniyetmənin meyiti tapılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bədbəxt hadisə Siyəzən şəhəri yaxınlığında iki azyaşlı kanalın kənarında oynayan zaman baş verib.

Belə ki, suya düşən uşaqlardan biri xilas edilərək xəstəxanaya yerləşdirilib.

2013-cü il təvəllüdlü Siyəzən rayon sakini Hüseyn Allahverdiyev isə suda batıb.

Aparılan axtarışlar nəticəsində H.Allahverdiyevin cəsədi batdığı yerdən 10 kilometr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Həlak olan 13 yaşlı Hüseynin fotosunu təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az