Xəbər verildiyi kimi, mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib. Səfərlə bağlı öz fikirlərini paylaşan Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında bildirib ki, Litva Prezidentinin Azərbaycana bu səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək: “Ölkə Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında da xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Litva uzun illərdir ki, strateji tərəfdaşdırlar. Bu baxımdan ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə bu əməkdaşlığın mahiyyətini əks etdirir. Bu gün Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur. Prezident İlham Əliyev Azərbaycanın mövqeyini ifadə edərək bildirib ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Həm də nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün əvvəllər heç zaman mövcud olmamış geniş imkanlar meydana çıxıb. Təəssüf ki, Ermənistan hələ də Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Dövlətimizin başçısı bu məqamı da qeyd edib ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul edib və bu artıq müəyyən qədər nikbinliyin yaranmasına əsas verir. Ehtimal etmək olar ki, Ermənistan həmin prinsipləri qəbul edərək sülh sazişini imzalayacaq”.
Manset.az xəbər verir ki, Prezident İlham Əliyevin 2022-ci il 6 aprel tarixli Brüssel səfərinin ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində atılmış növbəti vacib addım olduğunu vurğulayan Kamaləddin Qafarov bildirib ki, son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmasların nəticəsidir: “Prezident İlham Əliyev öz çıxışında Litvanın dövlət başçısı ilə uğurla inkişaf edən Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının da geniş şəkildə müzakirə etdiklərini bildirdi. Azərbaycan Prezidenti bir daha vurğuladı ki, Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Demək lazımdır ki, Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqları getdikcə böyüyür. Bu gün Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi daha konkret formatlarda ortaya qoyulur. Məhz bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır. Yeni reallıq isə, ilk növbədə, möhkəm və davamlı regional sülhün bərqərar olunmasına əməli töhfələr verə biləcək işlək formatın yaradılmasını tələb edir. Belə bir format da məhz Prezident İlham Əliyevin ötən ilin sonlarından bəri keçirdiyi görüşlərin və apardığı danışıqların nəticəsi olaraq yaranıb.
Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən biridir. Xüsusilə qitənin şərqində gedən mürəkkəb geosiyasi proseslər, bütün Avropanı müharibə alovuna bürüyə biləcək təhlükəli hərbi münaqişənin hələ də davam etməsi fonunda Avropa İttifaqının Cənubi Qafqazda gedən proseslərə yeni baxış, yeni münasibət niyyətini sərgiləməsi və bu istiqamətdə konkret addımlar atmağa başlaması tamamilə anlaşılandır. Təbii ki, bu region istər enerji resursları, istərsə də malik olduğu geostrateji mövqeyi ilə hər zaman böyük dövlətlərin diqqətini cəlb edib. Prezident İlham Əliyevin dediyi kimi, hazırda Azərbaycana etibarlı və uzunmüddətli bazarlar, həm də ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir”.
Kamaləddin Qafarov Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu ilə əlaqədar deyib: “Birmənalı olaraq qeyd etməliyik ki, bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamları ölkələrimiz arasında biznes əlaqələrinin inkişafında son dərəcə maraqlıdırlar. Bu baxımdan mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulnası üçün yaxşı fürsət oldu. Forumdakı çıxışında dövlət başçımız da vurğuladı ki, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirəcək və hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Məlumdur ki, bu gün Azərbaycanda biznes mühiti investorlar üçün çox əlverişlidir. Əgər ölkənin investisiya proqramlarının ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, hazırda bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyalar yer tutur. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir. Əminliklə demək olar ki, bütün bunlar Azərbaycan və Litva arasında da biznes əlaqələrinin inkişafına güclü təkan verəcək”.
“Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq əlaqələri genişlənir” - Kamaləddin Qafarov
10:26 - 21 May 2022
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
13 Noyabr 2026 - 19:45
Tələbələrin fotolarını süni intellektlə düzəldib şantaj etdi - Saxlanıldı
13 Noyabr 2026 - 22:34
Leyla Əliyeva Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak etdi
13 Noyabr 2026 - 11:35
Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa
13 Noyabr 2026 - 18:12
Aynur Elgünəş əməliyyat olundu
13 Noyabr 2026 - 16:46
3 nəfərin bıçaqlandığı kütləvi dava ilə bağlı əməliyyat keçirildi - Saxlanılanlar var
13 Noyabr 2026 - 10:40
Meyiti tapılan Mirzəcan kişi ilə bağlı YENİ DETALLAR
13 Noyabr 2026 - 11:00
Alyona Əliyeva COP31-dən paylaşım edib - FOTO
13 Noyabr 2026 - 16:39
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi
13 Noyabr 2026 - 09:13
Sosial şəbəkədə 300 minlik dələduzluq edən şəxslər saxlanıldı
13 Noyabr 2026 - 10:30
"QAZ 3110"lə avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO
13 Noyabr 2026 - 13:01
Şənbə günü 22 dərəcə isti olacaq
13 Noyabr 2026 - 16:13
Bolqarıstanda fövqəladə vəziyyət elan olundu
Xəbər xətti
- 14 Noyabr 2026
- 08:00 100 yaşa çatanların qidalanma sirri
- 01:38 Azərbaycan millisi Lixtenşteyni məğlub etdi - YENİLƏNİB
- 01:30 Xurmanın faydaları və zərərləri
- 00:52 Polis Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfəri saxladı
- 13 Noyabr 2026
- 23:46 BMW 720 mindən çox avtomobili geri çağırır
- 23:29 Rusiyada AĞIR QƏZA - Azərbaycan vətəndaşı həlak oldu
- 23:16 Azərbaycan- Lixtenşteyn matçının start heyətləri
- 22:52 Bakıda evdən meyit tapıldı
- 22:34 Leyla Əliyeva Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak etdi
- 22:16 Peru sahillərində zəlzələ baş verdi
- 21:52 Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı
- 21:33 O, oktyabrın ən yaxşısı seçildi
- 21:18 Yeraltı keçiddən istifadə etmədi - Həyatını itirdi - VİDEO
- 21:00 39 yaşlı kişi sirkə turşusundan zəhərlənib ÖLDÜ
- 20:44 Ağsuda ağır QƏZA - Azyaşlı xəsarət aldı
- 20:21 "Qurban Qurbanov əfsanədir" - Kaşuk
- 20:04 Biləsuvarda motosikletlə yük maşını toqquşdu - Ölən var
- 19:45 Tələbələrin fotolarını süni intellektlə düzəldib şantaj etdi - Saxlanıldı
- 19:32 İpoteka üçün müraciət edənlərin SAYI
- 19:24 Pərvanə Vəliyeva seçiciləri ilə görüşdü - FOTOLAR
- 19:11 Gürcüstanda həbs olunan Azərbaycan vətəndaşı ekstradisiya edildi
- 18:51 "Fabriora Group" Qırğızıstanla əməkdaşlığı genişləndirir - FOTO/VİDEO
- 18:43 Rey Kərimoğlu Mətbuat Şurasının NTK sədri seçildi - FOTO
- 18:33 Azərbaycan-Böyük Britaniya əlaqələri - Çoxşaxəli siyasi-strateji müstəvidə
- 18:26 Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatdı - VİDEO
- 18:12 Aynur Elgünəş əməliyyat olundu
- 18:08 “Görüşməyi sən istəmədin” - Zelenskidən Meloniyə CAVAB
- 18:02 Mikroavtobusla yük maşını toqquşdu - 23 nəfər həlak oldu
- 18:00 Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
- 17:55 İqlim dəyişikliyi səbəbilə bu bitki təmamilə məhv ola bilər
- 17:55 Azərbaycan əhalisi bu il pulunu nəyə xərcləyib? - STATİSTİKA
- 17:54 ABŞ-də beş böyük texnologiya şirkətinə qarşı süni intellektlə bağlı İDDİA
- 17:51 Bu şəhərin hava keyfiyyəti təhlükəli səviyyəyə çatdı
- 17:50 Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatdı
- 17:48 Azərbaycan Dublində bu 3 sənədə qoşulmadı
- 17:42 “FireWall 2026” hakatonuna start verilir
- 17:40 “Azərişıq”ın nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüşdü - FOTOLAR
- 17:36 İşlədiyi evdə pələng hücum edərək öldürdü - Pakistanda dəhşətli hadisə
- 17:35 Tovuzda hamilə qadın bıçaqlandı
- 17:32 Bu qış dəhşətli soyuqlar gözlənilir
- 17:31 Küləklə bağlı XƏBƏRDARLIQ
- 17:27 ABŞ müdafiə naziri ona susmasını deyən hərbçini medalla təltif etdi
- 17:21 Çin və Tayvan arasında gərginlik artır
- 17:08 Kolumbiyada hərbi hissəyə PUA hücumu - 4 hərbçi həlak oldu
- 17:03 Dəmir yolları ilə sərnişindaşımada ən yüksək göstərici qeydə alınıb
- 16:57 ABŞ-nin İrana qarşı əməliyyatları davam etdirəcəyi ilə bağlı iddialar təkzib edildi
- 16:56 Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi
- 16:51 ABŞ elan etdi - Rusiya hələ qərar vermədiyini açıqladı
- 16:46 3 nəfərin bıçaqlandığı kütləvi dava ilə bağlı əməliyyat keçirildi - Saxlanılanlar var
- 16:39 "Səbəblərdən biri də İsraildir" - Trampdan ETİRAF
- 16:39 Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi