Bakıda yağışlı hava piyadalara yolları keçməyə problem yaradıb.
Manset.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Sakinlərdən biri məlum problemlə Xocalı prospekti 32 ünvanında rastlaşıb.
Yerdə drenaj sistemlərinin tam işlək vəziyyətdə olmaması vətəndaşa yolu keçməyə mane olub.