Əhalinin NƏZƏRİNƏ: Bakının rayonlarında və bu şəhərlərdə su kəsiləcək

18:34 - 26 May 2022

Əhalinin NƏZƏRİNƏ: Bakının rayonlarında və bu şəhərlərdə su kəsiləcək

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb.

Manşet.az xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb.

Bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az