Sabirabadda qatar vuran kişinin şəxsiyyəti məlum olub.
Manşet.az report-a istinadən xəbər verir ki, o, Cəilabad rayonunun Uzuntəpə kənd sakini, 1986-cı il təvəllüdlü Abbasov Elməddin Bəyriş oğludur.
Qeyd edək ki, hadisə ötən gecə Şirvan-Astara dəmiryol xəttinin Sabirabad rayonunun Çiçəkli kənd ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində baş verib. E. Abbasov dəmir yolunu keçərkən onu qatar vurub. Salyan Mərkəzi Rayon Xəstəxanasında həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Fakta bağlı araşdırma aparılır.