Bu gün vəfat edən əsgərimiz evin tək oğlu imiş...

23:23 - 27 May 2022

Bu gün vəfat edən əsgərimiz evin tək oğlu imiş...

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı Novruz oğlu bu gün qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü M.Məmmədov Tovuz rayonunun Qəribli kəndindəndir.

O, ötən il hərbi xidmətə yollanıb.

Evin tək oğlu olan Mehralının bir bacısı var. Ailəsi hazırda rayonun Qəribli kəndində yaşayır.

Əsgərin Laçın rayonu ərazisində vəfat etdiyi bildirilir.

O, sabah doğulduğu rayonda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az