İyun ayının əvvəllərində hava şəraiti sabit OLACAQ

19:39 - 30 May 2022

İyun ayının əvvəllərində hava şəraiti sabit OLACAQ

İyun ayının əvvəllərində ölkə ərazisində hava şəraiti sabit, əksər rayonlarda yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  Manşet.az-a verilən məlumata görə, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Cənub istiqamətli külək əsəcək.

Havanın temperaturu günü-gündən yüksələrək, Bakıda və Abşeron yarımadasında 28-33°, Mərkəzi Aran rayonlarında 30-35°, dağlıq rayonlarda isə 18-23° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az