logo
logo logo
logo

Toyu olduğu deyilən məktəblinin “qayınata”sı DANIŞDI - VİDEO

13:03 - 02 İyun 2022

Toyu olduğu deyilən məktəblinin “qayınata”sı DANIŞDI - VİDEO

Azərbaycanda ərə verilən məktəbli qızın “qayınata”sı danışıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Xəzər Xəbər” süjet hazırlayıb.

O, məktəbli qızın toyu olması xəbərlərini yalanlayıb.

Qızın “qayınata”sı sadəcə “həri” mərasiminin olduğunu qeyd edib:

“Ailə arasında “həri” mərasimi olub, toy olmayıb. Qız həddi buluğa çatanda toy olacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Sabirabadda məktəbli qızın toyu barədə ilk məlumatı Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadə yayıb.

“Sabirabad rayonu Qəzli kəndində doqquzuncu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacağam, anasının adı isə Zöhrədir”, - deyə K.Ağazadə paylaşımında qeyd edib.

Daha ətraflı süjetdə:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az