logo
logo logo
logo

Ukraynadakı vəzifəsinə qayıtmayan səfirimiz Brilliant Dadaşovanın konsertində - FOTO

13:34 - 02 İyun 2022

Ukraynadakı vəzifəsinə qayıtmayan səfirimiz Brilliant Dadaşovanın konsertində - FOTO

Ötən gün Bakıda Xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev sarayında “Ürəklə sizinlə” adlı konsert proqramı baş tutub.

 

 

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, konsertə uzun zamandır görünməyən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova da gəlib.

Qeyd edək ki, Ukraynada müharibə başladıqdan sonra dövlətimizin ali təmsilçisi kimi vəzifə məsuliyyətindən kənar addım ataraq postunu qoyub ölkəsinə gələn Azərbaycan səfiri hələ də bu addımına görə ictimaiyyətdə sərt tənqid olunur.

Üstəlik savaş meydanında hər an ölümlə çarpışan Azərbaycan vətəndaşları olduğu halda Elmira Axundovanın soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməməsi də sərt şəkildə qınanılırdı. 

Səfirimiz hələ də Ukraynadakı vəzifəsinə qayıtmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az