Mədəniyyət Nazirliyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində əyləncə mərkəzinin fəaliyyət göstərməsinə münasibət bildirib.
Manşet.az oxu.az istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata əsasən, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən “UFFO” restoranında çəkilmiş videokadrlar mətbuatda geniş əks səda doğurub.
“Restoranda çəkilmiş videolar bir müddət öncə lentə alınıb və məlum hadisədən sonra müqaviləyə xitam verilərək həmin məkanın fəaliyyəti dayandırılıb, enerji təchizatı kəsilib. Filarmoniyanın rəhbərliyi tərəfindən həmin ərazidə asayişin qorunması məqsədilə hüquq mühafizə orqanlarına müraciət edilib və bununla bağlı lazımi tədbirlər görülərək ölçü götürülüb. Bildiririk ki, hazırda heç bir fəaliyyətdən söhbət belə gedə bilməz”, - məlumatda vurğulanır.
***
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyətində gecə klubu kimi fəaliyyət göstərən “UFFO” restoranında çəkilmiş video kadrlar sosial şəbəkələrdətənqidlərə səbəb olub.
Manset.az Azpolitika.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən verilən məlumata görə, video kadrların yayılmasından sonra məkanın fəaliyyəti dayandırılıb:
"Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən “UFFO” restoranında çəkilmiş video kadrlar mətbuatda geniş əks-səda doğurub.
Məlumat üçün qeyd edək ki, restoranda çəkilmiş videolar bir müddət öncə lentə alınıb və məkanın fəaliyyəti məlum hadisədən sonra dayandırılıb. Hazırda heç bir fəaliyyətdən söhbət belə gedə bilməz".
Qeyd edək ki, "UFFO” restoranının gecə klubu kimi fəaliyyət göstərdiyi məlum olub. Videoda iki xanımın gecə klubuna uyğun geyimdə olması və rəqs etməsi diqqət çəkib.