logo
logo logo
logo

SON DƏQİQƏ: Kanalizasiya quyusuna düşən vəzifəli şəxs öldü- AZƏRBAYCANDA

19:13 - 02 İyun 2022

SON DƏQİQƏ:  Kanalizasiya quyusuna düşən vəzifəli şəxs öldü- AZƏRBAYCANDA

Biləsuvarda kanalizasiya quyusuna düşən vəzifəli şəxs ölüb.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün şəhərin mərkəzi küçələrindən birində baş verib.

Belə ki, bir nəfər Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşı kanalizasiya quyusundakı problemi aradan qaldırmaq üçün quyuya düşüb. Daha sonra o quyuda boğulma təhlükəsi ilə üzləşib. Bu zaman orada olan “JEK”in müdir müavini Allahyar Əsgərov işçisini xilas etmək üçün quyuya enib. Lakin A.Əsgərov əməkdaşı xilas etmək istəyərkən özü quyuda yaranmış qazdan boğularaq ölüb.

Qeyd edək ki, A.Əsgərovun 60 yaşında və ürək problemi olduğu bildirilir.

Digər şəxsin həyatı isə xilas edilib. Hazırda onun vəziyyətinin kafidir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az