Biləsuvarda baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.
Manşet.az report-a istinadən xəbər verir ki, hadisə P.Əliyev küçəsində qeydə alınıb.
Həmin küçədə çəkilən yeni kanalizasiya xəttində tutulma baş verib. Kanalizasiyadakı tutulmanı aradan qaldırmaq istəyən Biləsuvar şəhər Mənzil İstismar Sahəsinin baş mühəndisi, 1957-ci il təvəllüdlü Əsgərov Allahyar Xudayar oğlu ölüb, fəhlə 1991-ci il təvəllüdlü Mirzəyev Asif Vasif oğlu isə zəhərlənərək Biləsuvar Rayon Mərkəzi Xəsətəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, baş mühədis və iki fəhlə kanalizasiyada baş verən nasazlığı aradan qaldırmaq üçün əraziyə gəliblər. Bu zaman kanalizasiya anbarında yaranan zəhərli qaz kütləsi anbarın aşağı hissəsində olan fəhlənin zəhərlənməsinə səbəb olub. Baş mühəndis özü anbara düşərək fəhləni xilas etmək istəyərkən vəfat edib.
Orda çalışan digər fəhlə, 1989-cu il Səfərov Nurəddin Ağadi oğlu da zəhərlənib. Onun vəziyyəti normallaşıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.
***
Biləsuvarda kanalizasiya quyusuna düşən vəzifəli şəxs ölüb.
Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün şəhərin mərkəzi küçələrindən birində baş verib.
Belə ki, bir nəfər Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşı kanalizasiya quyusundakı problemi aradan qaldırmaq üçün quyuya düşüb. Daha sonra o quyuda boğulma təhlükəsi ilə üzləşib. Bu zaman orada olan “JEK”in müdir müavini Allahyar Əsgərov işçisini xilas etmək üçün quyuya enib. Lakin A.Əsgərov əməkdaşı xilas etmək istəyərkən özü quyuda yaranmış qazdan boğularaq ölüb.
Qeyd edək ki, A.Əsgərovun 60 yaşında və ürək problemi olduğu bildirilir.
Digər şəxsin həyatı isə xilas edilib. Hazırda onun vəziyyətinin kafidir.
Faktla bağlı araşdırma aparılır.