logo
logo logo
logo

Azərbaycanda “Coca Cola” şirkəti məhkəməyə VERİLDİ

20:25 - 02 İyun 2022

Azərbaycanda “Coca Cola” şirkəti məhkəməyə VERİLDİ

“Coca Cola” məhsullarının Azərbaycandakı istehsalçısı “Koka-Kola Bottlers LTD” MMC barəsində məhkəmə iddiası qaldırılıb.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tərtib olunan cərimə protokolu baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.

Qanunu pozma faktı məhkəmə qaydasında təsdiqini taparsa, şirkəti cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Coca Cola” içkilərinin Azərbaycandakı istehsalçısı 1996-cı ildən fəaliyyət göstərir. Bundan başqa “Fanta”, “Sprite” və “Bonaqua” içkiləri də məhz həmin şirkət tərəfindən Azərbaycan bazarına çıxarılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az