Hindistanın Qucarat əyalətində ilk soloqam nikahı 24 yaşlı Kşama Bindu həyata keçirəcək.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, qız iyunun 11-də özü özünə ərə gedəcək.
"Mən heç vaxt evlənmək istəməmişəm. Amma mən gəlin olmaq istəyirdim, ona görə də özümlə evlənmək qərarına gəldim" - deyə Bindu bildirib.
Kşama özəl şirkətdə işləyir. Onun istəyi ilə mərasim zamanı bütün ənənələrə əməl olunacaq.
O, jurnalistə açıqlamasında qeyd edib ki, məqsəd qadınların əhəmiyyətini və özünü qəbul etmənin nə dərəcədə vacib olduğunu göstərməkdir.
Onun valideynləri bu qərarını bəyənmiş və toy üçün xeyir-dua veriblər.
