logo
logo logo
logo

Narkotik satışına görə saxlanılan şəxs vəfat ETDİ

17:39 - 05 İyun 2022

Narkotik satışına görə saxlanılan şəxs vəfat ETDİ

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələtin satışına və istifadəsinə görə əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Ceyhun Məmmədov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 bükümdə heroin aşkar edilərək götürülub.

Bu barədə Manşet.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, o, dindirilmə zamanı narkotiklərin istifadəsi və satışı ilə məşğul olduğunu etiraf edib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və C.Məmmədov DİN-in Müvəqqəti Saxlama Yerinə yerləşdirilib.

Lakin C.Məmmədovun uzun müddətdir vərəm və hepatit xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edildiyindən o, xəstəxanaya yerləşdirilib,  həkimlərin səyinə baxmayaraq orada vəfat edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az