Bakıda yük maşını magistral yolda təhlükəli anlar yaşadıb.
Manset.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Məlumata görə, yük maşını ilə aparılan şüşə parçası yola düşüb.
Heydər Əliyev prospektində qeydə alınan hadisə zamanı arxadan gələn maşına ciddi ziyan dəyib.