Ağalı sakinləri qayıdışa hazırlaşırlar - VİDEO

14:38 - 06 İyun 2022

Ağalı sakinləri qayıdışa hazırlaşırlar - VİDEO

Ağalı kənd sakinləri qayıdışa hazırlaşırlar.

 

Manset.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti onların yenidən qurulan kənd barədə təəssüratlarını, qayıdış duyğularını və gələcəklə bağlı düşüncələrini əks etdirən ilk videoçarxı təqdim edib.

Videoçarxın qəhrəmanları kəndin sakinləri Bahar Səmədova və onun oğlu Kənan Nəbiyevdir.

Qeyd edək ki, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulur, respublikamızda ilk dəfə “ağıllı kənd” layihəsi burada icra olunur.

Ən müasir texnologiyaların tətbiqi ilə salınan kənddə uzun illər yurd həsrəti çəkmiş keçmiş məcburi köçkünlər daimi məskunlaşacaqlar. 

Layihənin birinci mərhələsi üzrə açılış mərasimi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 28 May – Azərbaycanın Müstəqillik Günündə keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az